Kadırovun böyük oğluna vəzifə verildi – FOTO

Çeçenistan lideri Ramzan Kadırovun böyük oğlu ölkənin bədən tərbiyəsi və idman nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

Globalinfo.az xəbər verir ki, 18 yaşlı Axmat Kadırovun təyinatını Çeçenistan parlamentinin sədri Maqomed Daudov birgə foto paylaşaraq elan edib.

“Axmat gənclərlə bağlı mövzularda çox həssasdır. Əminəm ki, ona tapşırılan vəzifənin öhdəsindən yüksək səviyyədə gələcək”, – Daudov bildirib.

O xatırladıb ki, Kadırovun böyük oğlu “Birincilər Hərəkatı” Ümumrusiya sosial-dövlət uşaq və gənclər hərəkatının Çeçenistan regional bölməsi Şurasının sədri vəzifəsində çalışıb.

Əliyar Xəlil
Globalinfo.az