Kadırov çağırış etdi: Təslim olun!

Kadırov çağırış etdi: Təslim olun!

Çeçenistan lideri Ramzan Kadırov hazırda Kursk vilayətinin Sudja şəhərində olan Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə müraciət edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Teleqram hesabında yazıb.

“Onlar üçün indi ən yaxşı seçim əsgərlərimizə təslim olmaqdır. Döyüşməkdənsə, sülh içində yaşamaq daha yaxşıdır. Çünki Rusiyanın dövlət suverenliyinə qəsd edən istənilən düşmən həmişə olduğu kimi məğlub olmağa məhkumdur. Bu, gələcəkdə də belə olacaq”, – deyə Kadırov qeyd edib.

Xatırladaq ki, Sudja şəhəri martın 13-də rus ordusunun nəzarətinə keçib.

Günay Rəsulqızı
Globalinfo.az