
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğluna yeni vəzifə verilə bilər.
Globalinfo.az xəbər verir ki, 17 yaşlı Adam Kadırovun Təhlükəsizlik Şurasının katibi postuna mümkün təyinatı müzakirə olunur.
Lakin bu barədə heç bir rəsmi təsdiq yoxdur.
Təhlükəsizlik Şurasının rəsmi saytında hələ də Khamzat Kadırov hazırkı katib kimi göstərilir.
Qeyd edək ki, bundan əvvəl Adam Kadırov Ramzan Kadırovun tapşırığı ilə Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikası üzrə kuratoru vəzifəsinə təyin edilmişdi.
Əliyar Xəlil
Globalinfo.az