Çeçenistanın rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov ölkənin Daxili İşlər Nazirliyinin region üzrə kuratoru təyin edilib.
Globalinfo.az xəbər verir ii, bu barədə Çeçenistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qurum Ramzan Axmatoviç Kadırovun tapşırığına əsasən, bu qərarın verildiyini vurğulayıb.
Adam Kadırovun vəzifəyə təyinatı Çeçenistan Daxili İşlər Nazirliyində keçirilən təntənəli iclasda elan edilib.
Əliyar Xəlil
Globalinfo.az














