Kadırov bu şəxsləri ölümlə hədələdi

Dağıstan hadisələrindən sonra Kadırov polisə müqavimət göstərən hər kəsi öldürməklə hədələyib.

Globalinfo.az xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov  ictimai təhlükəsizliyin təmin edilməsi, terrorizm və dini ekstremizmin qarşısının alınması istiqamətində işi gücləndirməyi tələb edib.

O, bunu birbaşa Dağıstanda törədilən terror aktı ilə əlaqələndirib və təfərrüatlara varmadan bəzi Avropa ölkələrindən gələn radikal ideologiyaya qarşı mübarizəyə xüsusi diqqətin yetirilməsinin vacibliyini vurğulayıb.

“Əgər terrorçuların şübhəli şəxslərlə əlaqəsi varsa, onda bütün ailəsi cəzalandırılmalıdır. Bu ailə bilməlidir ki, bütün məsuliyyət onların üzərinə düşür. Polisə əl qaldıran hər kəs anlamalıdır ki, qan davası ilə hamını ata, qardaş, dayı) öldürəcəyik. Çeçen xalqına üz tuturam. Uşaqlarınızın nə etdiyini bilin. Vəhhabiliyin əlamətlərini hamınız bilirsiniz. Belə əlamətləri övladlarınızda görsəniz dərhal yerli polisə məlumat verin. Səni, oğlunu və qardaşını sonradan öldürməkdənsə, onu vaxtında dayandırsaq daha yaxşıdır”, – deyə Çeçenistan rəhbəri vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az