Çeçenistandan yeni könüllülər qrupu xüsusi hərbi əməliyyat zonasına yola düşüb.
Globalinfo.az xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov Teleqram kanalında bildirib.
“Şübhəsiz ki, könüllülər vətənin cəsarətli övladlarıdır. Onların vətənin maraqlarını müdafiə etmək üçün ürəklərinin çağırışına əməl etməsi çox şeyi göstərir. Xüsusi əməliyyat zonasına uçmazdan əvvəl onların hamısı Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində ciddi və səliqəli təlim keçiblər”, – deyə Kadırov bildirib.
Tahir Turan