Kəlbəcərdə həlak olan əsgərə şəhid statusu veriləcək

Azərbaycan Ordusunun Kəlbəcərdə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğluna şəhid statusu veriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, qanunvericiliyə əsasən, E.Omarov şəhid statusu alacaq.

Xatırladaq ki, E.Omarovun həlak olması faktı ilə bağlı Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır.