Jurnalistləri təhdid edən İranın müvəqqəti işlər vəkili Britaniya XİN-ə çağırıldı

Britaniya iranlı jurnalistlərə qarşı son hədələrindən sonra İranın Londondakı müvəqqəti işlər vəkilini XİN-ə çağırıb.

Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli məlumat verib.

“Mən İranı təmsil edən nümayəndəyə açıq şəkildə bildirdim ki, biz jurnalistlərə və ya Böyük Britaniyada yaşayan hər hansı insanlara qarşı ölüm təhdidlərinə və ya hədə-qorxulara dözməyəcəyik”, – deyə Ceyms Kleverli vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Ceyms Kleverli və Ketrin Kolonna İran hakimiyyətini etirazlara reaksiyalarına və Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya göstərdiyi dəstəyə görə də qınayıblar.