Jurnalistimizi Xocalıya buraxmayan sülhməramlı ilə bağlı ŞOK

Rus sülhməramsızlarının nəzarət-buraxılış məntəqəsində Azərbaycan jurnalistlərini buraxmayan və “idite obratno” deyən hərbi geyimli şəxs böyük ehtimalla ermənidir.

Globalinfo.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, həmin şəxsin üzünü gizlətməsi üçün maskadan istifadə etməsi də bu ehtimalı gücləndirir:

“Həmin hərbçinin geyim forması və fərqlənmə nişanları da rus kontingentin geyim forması və fərqlənmə nişanlarından fərqlənir. Hesab edirəm ki, bu və digər təxribatçı fəaliyyətlərin hesabı erməniməramlı general Volkovdan mütləq və ən qısa zamanda soruşulmalıdır”.

Qeyd edək ki, bu gün rus sülhməramlıları müvəqqəti nəzarətlərində olan Azərbaycan ərazilərinə yerli media nümayəndəsinin keçidinə maneə olmağa çalışıb. Nəticədə tərəflər arasında mübahisə yaşanıb.

Zaira Akifqızı
Globalinfo.az