Jurnalistdən “Neftçi”nin prezidentinə sərt ittiham: Putin…

“Neftçi”nin prezidenti olan “düha”ya demək lazımdır ki, Rusiya-Ukrayna münasibətlərinin gərgin vaxtında komandanı Sankt-Peterbuqa turnirə göndərmək istəyi siyasi düşüncəsizlikdən başqa bir şey deyil”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Əməkdar jurnalist, Qol.az saytının baş redaktoru Aydın Bağırov deyib.

Jurnalist deyib ki, bu addım açıq şəkildə Rusiyaya, onun işğalçılıq siyasətinə dəstək verməkdir:

“Kamranın (“Neftçi”nin prezidenti Kamran Quliyev nəzərdə tutulur – red.) Putinə sevgisi ola bilər, amma “Neftçi” onun şəxsi obyekti deyil ki, komandadan öz kefinə uyğun istifadə etsin. Mən inanıram ki, dövlətin müvafiq qurumlarının onun bu özfəaliyyətindən xəbəri yoxdur, amma olmalıdır. Neçə vaxtdır Rusiya mediası bu haqda xəbərləri bəh-bəhlə, sevincək halda paylaşır, klub da təsdiq edir”.

A.Bağırovun sözlərinə görə, bütün Avropa ölkələrinin klubları, milli komandaları ruslarla yoxlama oyunundan imtina edir:

“Açıq şəkildə də deyirlər ki, belə addım atan bizə qarşı çıxmış olacaq. Rusiya futbolda qalıb Tacikistan kimi ölkələrin ümidinə. Və belə bir həssas anda Kamran Rusiyanın qalxanı olmaq qərarı ver. Futbolu “yarıdıb”, indi də keçib dövlətlərarası münasibətləri “tənzimləməyə”.

Zaira Akifqızı
Globalinfo.az