Jurnalist mikrafonu Trampın üzünə vurdu – VİDEO

tramp mikrafon

ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə müsahibə verən zaman maraqlı məqam yaşanıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, jurnalistlərdən biri səhvən mikrofonla Trampın üzünə toxunub.

ABŞ lideri əvvəlcə səssizcə müxbirə baxıb.

Daha sonra , “O, bu axşam böyük xəbər oldu. Bunu gördünüzmü? — Ağ Evin rəhbəri hadisəni təbəssümlə şərh edib.