Jurnalist kömək istədi: “14 gün vaxtım var…”

“Dostlar, təcili köməyiniz lazımdır, 14 gün vaxtım var”.

Globalinfo.az bildirir ki, bunu tanınmış jurnalist Şəfiqə Nazimqızı bildirib.

“Jurnalist ağır xəstəlikdən əziyyət çəkdiyini bildirərək kömək istəyib:

Həyatımın ən gözəl çağında, 5 illik həsrətdən sonra dünyaya gələcək övladımı qucağıma alacağım günlərin tam sonunda kəskin leykoz xəstəsi olduğum aşkarlanıb. Yüksək həyati risklə övladım doğulub, onu xəstəxanada ailə üzvlərimizə tapşırıb yoldaşımla Türkiyəyə müalicəyə getmişəm. Avqustun 1-dən sentyabrın 13-dək yoldaşımla mənim iş yerimiz, Global Media Qrupun maddi dəstəyi ilə Anadolu xəstəxanasında müalicə, ximyaterapiyalar almışam. Tam sağalmağım üçün ilik nəqli lazımdı. Xoşbəxtlikdən qardaşım donor kimi uyğun gəlib və oktyabrın 4-10 arasında transplantasiya həyata keçirilməlidir. Onun üçün maddi imkanımız yoxdur və təxminən 50 min dollardan çox pul lazımdır.

Allahdan ümid kəsilməz deyiblər, bu pulun yığılmasında yardımsevər insanların köməyinə ehtiyacımız var. Məbləğ böyük görünür, lakin dama-dama göl olar deyiblər. Qızımı özüm böyütmək istəyirəm, inşallah bir gün sağalmağımla bağlı status paylaşacağıma inanıram. Allah yardım edən hər kəsin ürəyinə görə versin.

Dostlardan yardımla yanaşı bu postu paylaşmağı xahiş edirəm.

Kart hesabı: 4127214121989898”

Globalinfo.az