Jirinovskiyə heykəl ucaldıldı – FOTO

Rusiyada siyasətçi, Rusiya Liberal Demokrat Partiyasının sabiq sədri, Dövlət Dumasının vitse-spikeri olmuş Vladimir Jirinovskinin abidəsi ucaldılıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, abidənin postamentində onun sitatı həkk olunub.

Onlardan biri – “Mən həmişə rusları müdafiə edəcəm” – onun 1991-ci ildəki kampaniya şüarı idi.

Qeyd edək ki, Jirinovski ötən il 6 aprel tarixində COVID-19-dan ölüb.