1680087653 334497531 894098775221883 7907469869570202159 n

İyul ayı üçün kosmik hava proqnozu açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından  bildirilib.

Məlumata görə,  iyulun 2-də Günəş səthində olan 3354 oblastında güclü və davamlı X1 alışması baş verib.

3359 oblastında baş vermiş M2.0 alışması iyul ayının əvvəlində ikinci güclü alışma olub. Son alışma tac kütlə atılması (Coronal Mass Ejection – CME) meydana gətirsə də, onun Yerə təsir etməyəcəyi, geoeffektiv olmayacağı proqnozlaşdırılıb.

Geomaqnit aktivliyini göstərən Kp əmsalının orta qiymətinin 2023-cü ilin iyul ayı üçün 2-4 intervalında olacağı, ayrı-ayrı tarixlərdə yüksələcəyi gözlənilir. Belə ki, iyulun 8-də Kp əmsalının 4, iyulun 11-13-də isə 5 olacağı, G1 səviyyəsində geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.

Paylaş: