İTV Yayım Şurasına yeni namizədlər irəli sürüldü – YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyasından İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlərin adları məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasından İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Teymur Kərimli və Sərxan Xavərinin namizədlikləri irəli sürülüb.

***12:15

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlər irəli sürülüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Mətbuat Şurası Azər Həsrət və Aqil Əlsəgərin İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədliyini irəli sürüb.

Mətbuat Şurası ilə bərabər digər aidiyyəti qurumlardan da namizədlər irəli sürüləcək.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlərin adları məlum olub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Əzim Talıbov və Həsən Cəfərovun namizədlikləri irəli sürülüb.