itv esas

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun seçilməsi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclası keçirilib.

Bu barədə Globalinfo.az-a Audiovizual Şuradan məlumat verilib.

    Bildirilib ki, baş direktor vəzifəsinə namizədlərin sənəd qəbulu prosesi cari ilin 27 aprel tarixindən 8 may tarixinədək Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən həyata keçirilib. Daha sonra həmin sənədlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim olunub.

    İlk olaraq iclasın katibi və səslərin sayılması üçün komissiya seçilmiş, prosedur qaydaları ilə bağlı məlumat verilib. İclasın əvvəlində bir namizədin (Əliyeva İlahə Xudu qızı) öz namizədliyini geri götürməsi haqqında ərizəsi qəbul olunmuş və onun adı namizədlər siyahısından çıxarılıb.

    Bundan sonra namizədlər iclasa dəvət olunub, onların hamısı baş direktor vəzifəsinə seçiləcəkləri təqdirdə ictimai yayımçının fəaliyyətində nə dəyişiklik və yeniliklər tətbiq edəcəkləri ilə bağlı konsepsiyaları və proqramları barədə ümumi məlumat veriblər. Həmçinin, namizədlər Yayım Şurasının üzvlərinin suallarını cavablandırıblar.

    Bütün namizədlərin çıxışından sonra səsvermə keçirilmişdir. Birbaşa və gizli səsvermənin nəticələrinə görə Qasımov Balakişi Ələkbər oğlu 4 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib.

    İclasda Azərbaycan Resphblikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin, habelə İctimai Televiziya və Radio Yayımları Şirkətinin məsul şəxsləri müşahidəçi kimi iştirak ediblər.

    ***16:53

    İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru müəyyən olub.

    Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə İTV-nin baş direktoru Balakişi Qasımov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.

    İTV-nin baş direktoru bu gün Audiovizual Şurada keçirilən İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilib.

    İclasda Yayım Şurasının üzvləri, namizədlər və Audiovizual Şuranın təmsilçiləri müşahidəçi qismində iştirak edib. Müsabiqə 11 nəfər iddiaçı arasında aparılıb.

    Qeyd edək ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanunun 20-ci maddəsinə görə Yayım Şurasının 9 üzvündən ən azı 6-nın səsini alan iddiaçı baş direktor seçkisini qazanır.

    Xatırladaq ki, baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.

    Paylaş: