İTV-də seçki ilə bağlı efir vaxtına start veriləcək

Gələn həftədən etibarən İctimai Televiziyanın efirində növbədənkənar prezident seçkisi ilə əlaqədar maarifləndirmə xarakterli efir vaxtına start veriləcək.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

O qeyd edib ki, bununla paralel olaraq MSK nümayəndələri regionlarda dairə seçki komissiyalarının üzvləri üçün təlimlərə cəlb ediləcəklər.