İtkin şəhidlərimiz dəfn edilir – FOTOLAR

sehid

Birinci Qarabağ müharibəsində Kəlbəcərdə itkin düşən şəhid Mustafayev Möhübbət Qənimət oğlunun qalıqları dəfn olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, şəhidin nəşinin qalıqları Tərtərin Seyidimli kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin doğmaları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.

Şəhidin məzarı üzərində yaylım atəşi açılıb.

Qeyd edək ki, Mustafayev Möhübbət Qənimət oğlu Kəlbəcər rayonunun İstisu qəsəbəsində anadan olub. Milli ordu sıralarında Kəlbəcərin müdafiəsində iştirak edib. 1993-cü ildə Kəlbəcər rayonunun Bağırsaq kəndində itgin düşüb.

Onun nəşinin qalıqları itgin düşdüyü Bağırsaq kəndi ərazisində aşkar edilib və kimliyi müəyyən olunub.

Birinci Qarabağ müharibəsində Kəlbəcərdə itkin düşən Möhübbət Mustafayevin qalıqları dəfn olunub - FOTO Birinci Qarabağ müharibəsində Kəlbəcərdə itkin düşən Möhübbət Mustafayevin qalıqları dəfn olunub - FOTO

X X X

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Ramiz Mahmud oğlu Mahmudovun qalıqları Zaqatalada dəfn olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Ramiz Mahmudovun qalıqları Zaqatala rayonunun Aşağı Tala kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəhbərliyi, hərbçilər, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak edib.

Qeyd edək ki, Ramiz Mahmudov 1975-ci ildə Zaqatala rayonu Aşağı Tala kəndində dünyaya gəlib. 1993-cü ildə həqiqi hərbi xidmətə gedib. 1994-cü ildə Tərtər rayonu Seysulah kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. Ramiz Mahmudovun qalıqları Tərtər rayonu ərazisində aşkar olunub.

Birinci Qarabağ müharibəsində şəhid olan Ramiz Mahmudovun qalıqları Zaqatalada dəfn olunub - FOTO
Birinci Qarabağ müharibəsində şəhid olan Ramiz Mahmudovun qalıqları Zaqatalada dəfn olunub - FOTO

X X X

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Cahangir Səfərovun qalıqları Ağdamda torpağa tapşırılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, şahid ailələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Şəhidin nəşinin qalıqları rayonun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Ağdam rayon Yusifcanlı kənd sakini Səfərov Cahangir Səfralı oğlu 1942 – ci ildə Yusifcanlı kəndində anadan olub. Yusifcanlı kəndinin 1993- cü il iyunun 12-də işğalı zamanı kənddə 4 nəfər kənd sakini girov götürülüb. Onlardan biri də Cahangir Səfərov olub. Onun nəşinin qalıqları Xankəndi şəhərində aşkar edilib. Onun kimliyi müəyyən edilib və bu gün ailəsinə təhvil verilib.

Birinci Qarabağ müharibəsində şəhid olan Cahangir Səfərovun qalıqları Ağdamda dəfn edilib - FOTO  - FOTO Birinci Qarabağ müharibəsində şəhid olan Cahangir Səfərovun qalıqları Ağdamda dəfn edilib - FOTO  - FOTO

X X X

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 31 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Şəkidə dəfn olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş Şahid Sabir oğlu Məmmədov doğulub boya-başa çatdığı Şəki rayonu Orta Zəyzid kənd qəbirsanlığında torpağa tapşırılıb. Şahid Məmmədov qalıqlarının dəfn mərasimində rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqan əməkdaşları, hərbiçilər, rayon ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak edib.

Qeyd edək ki, Şahid Məmmədov 1974-ci ildə Şəki rayonu Orta Zəyzid kəndində dünyaya gəlib. 1992-cü ilin dekabr ayında həqiqi hərbi xidmətə gedib. 1993-cü ilin fevral ayında Ağdərə rayonu Mehmana kəndində gedən döyüşlərdə itkin düşüb. Şahid Məmmədovun qalıqları Vətən müharibəsi başa çatdıqdan sonra Ağdərə rayonu Mehmana kəndi ərazisində aparılan işləri zamanı tapılıb.

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 31 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Şəkidə dəfn olunub

X X X

Birinci Qarabağ müharibəsində itkin düşən, 32 il sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Priyev İsmət Medal oğlunun qalıqları dəfn olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, şəhidin qalıqları Göyçay rayonunun Çərəkə kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Priyev İsmət Medal oğlu 1975-ci ildə Göyçay rayonunun Çərəkə kəndində anadan olub. İsmət Priyev 29 aprel 1993-cü ildə hərbi xidmətə yola düşüb. 1 yanvar 1994-cü ildə Fizuli rayonu istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Onun Beyləqan rayonundakı “Peyğəmbər” məzarlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən olunub. Şəhidin nəşinin qalıqları bu gün Göyçay rayonunun Çərəkə kəndinə gətirilib və evində vida mərasimi keçirilib.

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid İsmət Priyevin qalıqları dəfn olunub - FOTO Birinci Qarabağ müharibəsində itkin düşən şəhid İsmət Priyevin qalıqları dəfn olunub - FOTO

X X X

Birinci Qarabağ müharibəsində itkin düşən, 32 il sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Babayev Ələkbər Əzizağa oğlunun qalıqları dəfn olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, şəhidin qalıqları Sabunçu rayonu, Maştağa qəsəbəsi Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Ələkbər Əzizağa oğlu Babayev 1992-ci il noyabrında Ağdərə rayonunda itkin düşüb. Onun nəşinin qalıqları Tərtər şəhər məzarlığında aşkarlanıb, kimliyi müəyyən olunub.

Qalıqlar bu gün şəhidin ailəsinə təhvil verilib. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində şəhidin evində vida mərasimi keçirilib.

Birinci Qarabağ müharibəsində şəhid olan Ələkbər Babayevin qalıqları dəfn olunub - FOTO Birinci Qarabağ müharibəsində şəhid olan Ələkbər Babayevin qalıqları dəfn olunub - FOTO