İtkin şəhidlərimiz dəfn edilir – FOTOLAR

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zahid Ziyad oğlu Abbasovla Lerik rayonunun Laman kəndində keçirilən vida mərasimi başa çatıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, şəhidin nəşi Laman kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Lerik Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

X X X

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Şöhrət Telman oğlu Nuriyevlə Ucar rayonunun Əlikənd kəndində keçirilən vida mərasimi başa çatıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, şəhidin nəşi Əlikənd kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Ucar Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

X X X

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zülfüqar Kamil oğlu Abbasovun meyitinin qalıqları Sabirabad rayonunun Kürkəndi kəndinə gətirilib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, şəhidin nəşi kənddə ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Zülfüqar Kamil oğlu Abbasov 1973-cü il sentyabrın 1-də Sabirabad şəhərində anadan olub. O, 1994-cü il martın 30-da Ağdərə rayonunun Çaylı kəndi istiqamətində itkin düşüb.

Z.Abbasov Kürkəndi kənd qəbiristanlığında dəfn olunacaq.

X X X

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zahid Ziyad oğlu Abbasovun meyitinin qalıqları Lerik rayonuna gətirilib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, şəhidin nəşi rayonun Laman kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Zahid Ziyad oğlu Abbasov 1967-ci il iyunun 1-də anadan olub. O, 1993-cü ilin aprelin 16-da Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Toğana kəndi) itkin düşüb.

Z.Abbasov Laman kənd qəbiristanlığında dəfn olunacaq.

X X X

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ədalət Veysəl oğlu Əliyevin meyitinin qalıqları Tərtər rayonunun Kələntərli kəndinə gətirilib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, şəhidin nəşi kənddə ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Ədalət Veysəl oğlu Əliyev 1973-cü il sentyabrın 18-də Kəlbəcər rayonunun Çorman kəndində anadan olub. O, 1994-cü il yanvarın 27-də Kəlbəcər rayonunun Bozlu kəndi istiqamətində itkin düşüb.

Ə.Əliyev Tərtər rayonu Şəhidlər xiyabanında dəfn olunacaq.