itk

İtkin şəhid Zaur İmamqulu oğlu Sadıqov dəfn edilib.

Globalinfo.az bildirir ki, dəfn mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Füzuli rayonunun İşıqlı kənd qəbiristanlığında şəhidlər cərgəsində torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüşdü.

***13:24

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Ələddin Həzi oğlu Həziyevlə vida mərasimi keçirilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vida mərasimində Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.

Şəhidimiz Füzuli rayonu, İşıqlı kənd qəbiristanlığı, şəhidlər cərgəsində torpağa tapşırılacaq.

Qeyd edək ki, Ə.Həziyev 1973-cü ildə Füzuli rayonunun İşıqlı kəndində anadan olub. O, 1993-cü ilin iyulun 23-ü Füzulinin Çuvarlı kəndində müdafiə etdikləri döyüş postunda iki döyüş yoldaşı ilə birgə şəhid olub. Şəhidlər həmin postun ərazisində, əsir düşmüş 6 nəfər silahdaşının erməni silahlılarının məcburiyyəti ilə basdırılıb. 1994-cü ildə Füzuli Rayon Məhkəməsinin qərarı ilə ona şəhid statusu verilib, lakin nəşi tapılmayıb.

Əsirlikdən qayıtmış 3 nəfər silahdaşının verdiyi məlumatlar əsasında məzar yerinin müəyyən edilməsi istiqamətində aparılan araşdırmalar nəticəsində 2025-ci ilin dekabr ayında basdırıldığı ərazidə qalıqları aşkarlanıb. Ekspertiza prosesindən sonra, 2 may 2026-cı il tarixində şəxsiyyətinin müəyyən olunması ilə bağlı ailəsinə rəsmi məlumat verilib.

X X X

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Rafiq Şirvan oğlu Cəfərov ilə Qayıdış qəsəbəsində vida mərasimi keçirilib.

Globalinfo.az bildirir ki, mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin nəşi Füzuli rayonunun Əbdürrəhmanlı kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, Rafiq Şirvan oğlu Cəfərov Birinci Qarabağ müharibəsi zamanı, 1993-cü ilin iyul ayında itkin düşmüşdü. Aparılan müvafiq ekspertiza nəticəsində onun şəxsiyyəti müəyyən edilib.

49e2a2a2 8a66 4adc 8b9a b46e62b7686f
f2c8c41e ddc3 4850 90a6 6bb381d2c614
6ff0f936 f550 4c6b 8a4e dd3376ca9165
18e42e19 16c6 438e b0b4 9a8f60945b94
5a262689 be38 4599 99b5 95b0db9a78ab
271df704 ac08 4782 bbee 47edbf8fe037
620a1608 7be8 4bd6 b8fc e1ab5aae93ad
7951ea16 4952 4033 8237 fe1dbab85ad9
041cc775 2958 4e7a a002 a8c8b52d4793
WhatsApp Image 2026 05 15 at 13.03.56
WhatsApp Image 2026 05 15 at 13.03.56 2
WhatsApp Image 2026 05 15 at 13.03.56 1
2e5a0f28 06cd 4bdc 946d 95651d91236c
862f77fb 13cb 4b72 8685 be980cb4dc5b
7207dba0 e426 402d 8b41 63094cbe9d7f

Paylaş: