İtkin düşmüş hərbçimiz haqda İrəvandan ağlasığmaz məlumat – TƏCİLİ

“Fevralın 28-i saat 05:15 radələrində Sünik rayonunun (Zəngəzur – red.) Dığ kəndi istiqamətində üzərində AKM avtomatı olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qoşunların təmas xəttini keçib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan əsgəri Ermənistan Müdafiə Nazirliyinin qüvvələri tərəfindən saxlanılıb.

Məsələ ilə bağlı Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi başlanıb.

Erməni mediası yolunu azaraq Ermənistan ərazisinə keçən hərbçinin guya diversant olduğunu, təxribata çalışdığını iddia edib.

Qeyd edək ki, bir qədər Azərbaycan Müdafiə Nazirliyi əsgər Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azması ilə bağlı məlumat yayıb.

Əliyar Xəlil
Globalinfo.az