Polisin axtardığı məktəbli qızlar görün harda imişlər – FOTO

Abşeronda itkin düşən iki məktəbli qız tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.

Qeyd olunub ki, dünən günorta saatlarından Abşeron rayonunda 2010-cu təvəllüdlü iki məktəblinin itkin düməsi üzrə daxil olan məlumat üzrə dərhal polis əməkdaşları tərəfindən axtarışa elan edilib: “Müəyyən edilib ki, həmin uşaqlar ailə üzvlərini məlumatlandırmadan Kürdəmir rayonuna nənəsinin yanına gediblər. Əməldə hər hansı kriminal tərkib yoxdur”.