İtkin düşən 17 yaşlı qızın meyiti Kürdə tapıldı

Şirvanda Kür çayında meyiti tapılan şəxsin kimliyi müəyyən edilib.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində tapılan meyitin kimliyi müəyyən edilib.

Həmin şəxsin Şirvan şəhərində məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaşayan Füzuli rayon sakini, 2005-ci il təvəllüdlü Mehdizadə Aysun Nuhun qızı olduğu müəyyən edilib. Onun bir gün əvvəl itkin düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Kür çayında naməlum qadın meyiti aşkarlanıb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Meyitin çaydan çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.