İtkin düşən 13 yaşlı qız tapıldı – FOTO

Şəmkir rayon Dəllər-Cəyir kənd sakini olan 13 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində 2010-cu il təvəllüdlü F.M-in yeri müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, o, sentyabrın 10-da yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedərək itkin düşmüşdü.