helikopter 1

Dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal olunan 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlu və 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun, həmçinin sentyabrın 27-də dənizdə batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Sultanov Tural Hüseynağa oğlunun axtarışları davam etdirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

    Axtarışlar FHN-in Aviasiya dəstəsin helikopteri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir.

    Əlavə məlumat veriləcək.

    ***13:11

    Astarada itkin düşən balıqçıların axtarışlarına helikopter cəlb edilib.

    Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dekabrın 9-u səhər saat 08 radələrində balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar – Turan Həsənov və Ağadədə Həsənovun axtarışları davam etdirilir.

    Artıq FHN-ə məxsus helikopter də ərazidə axtarışlara başlayıb.

    Paylaş: