İtaliyanın müdafiə naziri Zakir Həsənovla görüşündən danışdı

İtaliya və Azərbaycan müdafiə nazirləri hərbi-təhsil sahəsində əməkdaşlıq imkanları barədə danışıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krosetto bildirib.

Onun sözlərinə görə, azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüş zamanı müdafiə sahəsində ümumi maraq doğuran məsələlər, hərbi-təhsil sahəsində əməkdaşlıq haqqında konstruktiv danışıqlar aparılıb.

“Azərbaycan Avrasiya məkanında mərkəzi rol oynayır”, – italiyalı nazir bildirib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow 2023” beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ötən gün İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.