İtaliyada gəmi qəzası: 41 miqrant öldü

İtaliyanın cənubunda gəmi qəzaya uğrayıb, 40-dan çox miqrant ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli ANSA agentliyi hadisədən sonra sağ qalanların məlumatına istinadən bildirib.

Qeyd olunub ki, İtaliyanın cənubundakı Siciliya boğazında Tunisdən yola düşən gəminin batması nəticəsində ən azı 41 miqrant ölüb.

Hadisədən sonra 4 nəfərin sağ qalması bildirilib.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.