İtaliya XİN başçısı Aİ-ni öz ordusunu yaratmağa çağırır

İtaliyanın xarici işlər naziri Antonio Tayani Avropa İttifaqının öz ordusunu yaratmağa çağırır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın XİN rəhbəri “La Stampa”ya müsahibəsində danışıb.

Antonio Tayani bildirib ki, Avropa İttifaqı sülhün qorunmasında və münaqişənin qarşısının alınmasında rol oynaya biləcək öz vahid ordusunu yaratmalıdır.

“Dünyada sülhməramlı olmaq istəyiriksə, Avropa ordusuna ehtiyacımız var. Bu, effektiv Avropa xarici siyasətinə malik olmaq üçün əsas şərtdir”, o, müsahibəsində bildirib.

Tayani qeyd edib ki, müdafiə sahəsində daha sıx Avropa əməkdaşlığı onun rəhbərlik etdiyi “Forza Italia” partiyası üçün prioritetdir.

“ABŞ, Çin, Hindistan, Rusiya kimi güclü oyunçuların – Yaxın Şərqdən Hind-Sakit Okeana qədər böhranların olduğu bir dünyada – İtaliya, Almaniya, Fransa və ya Sloveniya vətəndaşlarını yalnız artıq mövcud olan bir ittifaq qoruya bilər – Avropa İttifaqı”, – o əlavə edib.

Aİ ölkələri müdafiə sahəsində daha yaxından əməkdaşlığı Rusiyanın iki il əvvəl Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra siyasi gündəmə gəlib.

Bununla belə, səylər daha çox NATO-nun genişlənməsinə və bu alyans çərçivəsində sıx əməkdaşlığa yönəldilib.

Tayani həmçinin bildirib ki, 27 ölkədən ibarət Aİ öz rəhbərliyini sadələşdirməli və Avropa İttifaqı Şurası Prezidenti və Avropa Komissiyasının Prezidenti strukturları vahid strukturda birləşməlidir.