1679487667 900739 35b61129 037a 39ab 9dc7 e0be9244df89 850

İtaliyanın Baş naziri Corcia Meloni ölkəsinin Ukraynaya çoxmillətli qüvvələr çərçivəsində qoşun göndərməyəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Meloni bildirib ki, Ukraynanın təhlükəsizliyinin təmin olunması məqsədilə ölkələrin könüllü iştirakı əsasında formalaşan “könüllülər koalisiyası”nın rəhbərlik etdiyi “Ukrayna üçün çoxmillətli qüvvə”nin yerləşdirilməsi nəzərdə tutulur.

Bununla belə, o vurğulayıb ki, İtaliya bu təşəbbüs çərçivəsində öz hərbçilərini Ukraynaya göndərmək niyyətində deyil.

“Təkrar edirəm ki, İtaliya əsgərlərini Ukraynaya göndərməyəcək”, – deyə Baş nazir qeyd edib.

Corcia Meloni daha əvvəl Aİ rəhbərliyinin Belçikadakı “Euroclear” depozit hesablarında saxlanılan vəsaitlərin müsadirəsi ilə bağlı qərar qəbul edəcəyi təqdirdə Avropa İttifaqının digər üzv ölkələrdə yerləşən Rusiya aktivlərinə də nəzarət etməli olduğunu bildirmişdi.

Xatırladaq ki, bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasının Rusiya aktivlərinin müsadirəsi məsələsini qarşıdan gələn Aİ sammitinin gündəliyindən çıxardığını açıqlamışdı.

Tahir Turan
Globalinfo.az

Paylaş: