sicilya 768x461 1

İtaliyanın Siciliya adası sahillərində güclü fırtınanın səbəbindən yelkənli yaxta batıb.

Globalinfo.az “Sky News“a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə itkin düşüb. Yaxtada olan 22 nəfərdən 15-i isə xilas edilib.

Mike Lynch 768x512 1

Məlumata görə, itkinlər arasında sərvəti 11 milyard dollar həcmində qiymətləndirilən milyarder Mayk Linç də var.

Axtarış işləri davam etdirilir.

palermo 768x461 1

Paylaş: