İtaliya Qolodomoru soyqırımı kimi tanıdı

İtaliya Senatı Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyan qətnamə qəbul edib.

Globalinfo.az xəbər verir ki, qətnamədə qeyd edilib:

“Qolodomorun və Ukrayna xalqına qarşı sovet cinayətlərinin xatirəsi bu gün Rusiyanın işğalı və Ukraynanın milli kimliyini silmək istəməsi fonunda daha böyük əhəmiyyət kəsb edir”.

Qətnamə İtaliya Senatının 130 üzvü tərəfindən dəstəklənib, dörd nəfər isə bitərəf qalıb.