İtaliya nəhəngi avrokuboklardan uzaq qala bilər – SƏBƏB

İtaliyanın “Yuventus” klubunun 12 xalı silinə bilər.

Globalinfo.az xəbər verir ki, sabah klubun mümkün maliyyə fırıldaqları ilə bağlı beşinci məhkəməsi keçiriləcək.

Bildirilib ki, “Yuventus”un 12 xalı silinsə, komanda A Seriyasında 8-ci pilləyə düşəcək. Bu isə onun avrokuboklardan kənar qalması ilə nəticələnəcək.