İsveçrə hakimiyyəti ABŞ-a silah və hərbi texnika ixracını müvəqqəti olaraq dayandırıb. Qərarın ölkənin neytrallıq prinsipinə sadiqliyi ilə bağlı olduğu bildirilib.
Globalinfo.az xəbər verir ki, məlumata görə, qadağa yalnız ABŞ-a deyil, İran ilə münaqişədə iştirak edən bütün ölkələrə şamil olunur.
İsveçrə hökuməti qeyd edib ki, Yaxın Şərqdə vəziyyət sabitləşənədək hərbi təyinatlı məhsulların ixracına icazə verilməyəcək.
“Hazırda ABŞ-a hərbi texnika ixracı mümkün deyil”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, İsveçrə uzun illərdir beynəlxalq siyasətdə neytral mövqeyi ilə seçilir və münaqişə tərəflərinə silah satışı ilə bağlı ciddi məhdudiyyətlər tətbiq edir.
Əliyar Xəlil
Globalinfo.az