İsveçdə azərbaycanlılar əcnəbiləri belə heyran etdi – FOTO/VİDEO

İsveçin Göteborq şəhərində dünya ölkələrinin mədəniyyəti və milli mətbəxini əhatə edən festival keçirilib.

Globalinfo.az xəbər verir ki, festivalda ölkəmizi İsveç-Azərbaycan Qarabağ Azadlıq Mərkəzi təmsil edib.

Mərkəzdən bildirilib ki, İsveçdə yaşayan azərbaycanlılar milli yemək və şirniyyatlarımızı hazırlayaraq festivalda təqdim ediblər.

On minlərlə əcnəbinin qatıldığı festivalda Azərbaycan yeməklərinin xüsusi diqqət çəkdiyi və çox bəyənildiyi qeyd olunub.

Festivaldan görüntüləri təqdim edirik: