İsveç Xarici İşlər Nazirliyi Rusiyanın İsveçdəki səfirini XİN-ə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsveç XİN-in bəyanatında deyilir.
Məlumata görə, buna səbəb iyunun 14-də Rusiya təyyarəsinin İsveç hava məkanını pozmasıdır.
“İyunun 18-də İsveç Rusiya səfirinə öz mövqeyini bildirmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, – məlumatda vurğulanıb.