İsveç NATO-ya üzv oldu

İsveç bu gündən rəsmən NATO-nun üzvüdür və rəsmi olaraq NATO-ya üzv olan 32-ci dövlətdir.

Globalinfo.az xəbər verir ki, martın 11-də İsveçin dövlət bayrağı NATO-nun Brüssel şəhərində yerləşən qərargah-mənzilinin qarşısında qaldırılacaq.

“Yerli vaxtla saat 17:30-a (Bakı vaxtı ilə 19:30) Baş nazir Ulf Kristersson alyansa üzv olmaq barədə müqaviləni ABŞ hökumətinə təqdim etdi”, – İsveç hökumətinin yaydığı məlumatda qeyd olunub.

Globalinfo.az