ABŞ-da güclü istilərlə əlaqədar ən azı 25 nəfər ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Bildirilib ki, onlardan 22-si Nyu-Cersi ştatının payına düşür.
Havanın temperaturu +38°C-yə çatıb.
Xatırladaq ki, kəskin isti hava ABŞ-ın Müstəqillik Günü tədbirlərinə də ciddi təsir göstərib.
Ölkə üzrə paradlar, konsertlər və atəşfəşanlıq proqramları ləğv edilib.
Əliyar Xəlil
Globalinfo.az