İstirahət mərkəzində bədbəxt hadisə: 14 yaşlı oğlan…

Lerikdə istirahət mərkəzlərinin birində 14 yaşlı yeniyetmə körpüdən yıxılıb.

Globalinfo.az APA-nın cənub bürosunun verdiyi məlumata görə, Bakı şəhərinin Yasamal rayonundan Lerikə istirahətə gedən ailə bədbəxt hadisə ilə üzləşib.

Bakı sakini 2010-cu il təvəllüdlü H.B ehtiyatsızlıqdan körpü üstündən aşağı düşüb. Yeniyetmə ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyətinə uyğun olaraq müalicəsi xəstəxanada davam etdirilir.