İstanbul qorxunc durumla üz-üzə – Cəmi 4 ay qalıb…

Türkiyənin İstanbul şəhərinin anbarlarında su ehtiyatları həddən artıq azalıb. 

Globalinfo.az xəbər verir ki, son illərdə yağıntının miqdarının azalması səbəbi ilə su anbalarında vəziyyətin kritik olduğu deyilir.

Ölkənin ümumi su ehtiyatları 50%-dən aşağıdır. Xüsusilə İstanbulu şirin su ilə təmin edən anbarlarda su miqdarı 2022-ci ilə nisbətdə 13% azalaraq son 9 ildə ən aşağı səviyyəyə enib.

Şəhərin 4 aylıq su ehtiyatının qaldığı bildirilir. Ankara və İzmir şəhərlərində də vəziyyətin eyni olduğu vurğulanır.

Zaira Akifqızı
Globalinfo.az