İstanbuldan Bakıya uçan təyyarə geri qayıtdı

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması)  hava limanına qayıtmaq qərarına gəlib.

Globalinfo.az bildirir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Təyyarə Bakı vaxtı ilə saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib.

Qeyd edək ki, sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.