İstanbulda terror törədən qadının vatsap yazışması üzə çıxdı

Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədən Ablam Albaşirə verilən təlimatla bağlı vatsap yazışmaları üzə çıxıb.

Globalinfo.az bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, teraktın təşkilatçısı olduğu deyilən Ammar Jarkas partlayışdan sonra yaxın adamına “qız paltarlarını çıxarıb atsın, başqa paltar geyinsin. Həmin paltarları da bir paketə qoy” yazıb.

Bundan başqa, Ablam Albaşir hadisədən sonra saxta taksi sürücüsü Əhməd C.-yə “Salam” yazıb. “Taksi sürücüsü” də ona “salam, bacı, mənə vəziyyətinlə bağlı məlumat ver” cavabını verib.

Türk mediası bu yazışmaların teraktın mütəşəkkil şəkildə hazırlanmasına sübut olduğunu bildirib.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun Taksim meydanı yaxınlığında yerləşən İstiqlal küçəsində törədilən terakt nəticəsində 6 nəfər ölüb, 81-i isə yaralanıb.

Aqşin
Globalinfo.az