İstanbulda sürüşmə: 70 nəfər təxliyə edildi

Türkiyənin İstanbul şəhərində sürüşmə baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə şəhərin Qaziosmanpaşa bölgəsində qeydə alınıb. Baş verən sürüşmə nəticəsində 14 ev zərər çəkib, 70 nəfər isə ehtiyat tədbiri olaraq təxliyə edilib. Evlərdən üçü tamamilə yararsız hala düşüb.