İstanbulda metro tikintisi zamanı bina çökdü – VİDEO

Türkiyənin İstanbul şəhərinin Ümraniyə rayonunda metro xəttinin tikintisi zamanı yolda meydana gələn çökmə nəticəsində iki bitişik bina çöküb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə TRT Xəbər məlumat yayıb.

Bildirilib ki, hər iki bina əvvəldən boşaldıldığı üçün hadisə zamanı xəsarət alan olmayıb.

Çökmə baş verən küçədə daha 5 bina təhlükəsizlik məqsədilə boşaldılıb.