İstanbulda metro stansiyası yaxınlığında atışma səsləri eşidilib

İstanbulun Şişhane metrostansiyası yaxınlığında atışma səsləri eşidilir.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli vətəndaşı zərərsizləşdiriblər.

Yerli sakinlər yaxınlıqdakı mağazalara sığınmağa məcbur olublar.

Şahidlər ən azı 60 atəş səsi eşitdiklərini iddia edirlər.