İstanbulda məhkəmə binasına hücum: ölənlər var – Anbaan VİDEO

İstanbulda məhkəmə binasında baş verən atışmada yaralananlardan biri həyatını itirib. 

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident insan tələfatının qarşısını aldığı üçün təhlükəsizlik qüvvələrinə təşəkkür edib.

***

İstanbulda Çağlayanda yerləşən məhkəmə binasının girişində təhlükəsizlik qüvvələrinin yerləşdiyi bölməyə silahlı basqın edilib. 

Globalinfo.az xəbər verir ki, hücum edən 2 şəxsin öldürüldüyü, 3-ü polis olmaqla ümumilikdə 5 nəfərin yaralandığı deyilir.

Hadisə yerinə çox sayda polis qüvvələri və təcili tibbi yardım maşınları cəlb edilib. Binaya giriş-çıxış bağlanılıb, yaralılar xəstəxanaya yerləşdiriliblər.

Ölkənin daxili işlər naziri Ali Yerlikaya qeyd edib ki, öldürülən silahlı şəxslərdən biri qadın, biri isə kişi olub.

Zərərsizləşdirilən şəxslərin DHKP-C terror təşkilatının üzvü olduqları müəyyənləşib.