
İstanbulun Levent rayonunda ticarət mərkəzlərindən birində yanğın baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ticarət mərkəzində olan şəxslər təxliyə edilib.
Yanğının binanın damında baş verdiyi bildirilir.
Hazırda yanğınla mübarizə davam edir.