İstanbulda güclü partlayış: yaralananlar var – VİDEO

İstanbulun Çekmeköy rayonunda yerləşən binanın birinci mərtəbəsində güclü partlayış baş verib.

Globalinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, dördmərtəbəli binadakı mənzildə baş verən partlayış təbii qaz sızması səbəbindən baş verib.

Məlumata görə, partlayış zamanı 3 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadasının göndərildiyi bildirilib.

Bildirilir ki, partlayışın baş verdiyi mənzildə əcnəbi qadın yaşayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.