İstanbulda dəhşət: Qayalar qoparaq yaşayış evlərinin üstünə düşdü – FOTO

Türkiyənin İstanbul şəhərində, Beşiktaş bölgəsində qayadan qopan daşlar yuvarlanaraq evlərin üzərinə düşüb.

Globalinfo.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə evə çox ciddi ziyan dəyib.

Ehtimallara görə, hadisəyə səbəb günlərdir davam edən leysan yağışları səbəbindən torpağın yumşalmasıdır.

Hadisə yerinə səhiyyə, xilasetmə və polis qrupları sövq edilib.

Ətrafda təhlükəsizlik tədbirləri görülüb, qayaların yenidən yuvarlanması ehtimalı ilə bəzi evlərin sakinləri təxliyə edilib.