“Təhlükəsizlik rəsmiləri Rusiya və Ukrayna arasında danışıqların keçiriləcəyi İstanbuldakı Çırağan sarayında partlayıcı qurğu və bomba olub-olmadığını yoxlayır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Əraziyə baxış xidməti itlərdən istifadə etməklə həyata keçirilir, sarayın girişində turniketlər quraşdırılıb, təhlükəsizlik işçiləri bütün ziyarətçiləri yoxlayacaqlar”, – deyə bildirilib.
Qeyd edək ki, bu gün günorta saatlarında İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların keçirilməsi planlaşdırılır.
Əliyar Xəlil
Globalinfo.az