16e22e74 6db7 4491 8cba 8352e59f4d21

İstanbul Prokurorluğu “İstiqlal caddəsi” adlanan qədim və turistik küçədə baş vermiş partlayışı terror aktı kimi təsnif edib.

Globalinfo.az xəbər verir ki, hadisə zamanı ölən və zərərçəkənlərin kimliyi barədə məlumat verilməyib.

Türkiyə Baş Prokurorluğu İstanbulun İstiqlal küçəsində baş verən partlayışla bağlı araşdırmalara başlayıb.

İstintaq çərçivəsində Baş Prokurorluq tərəfindən 5 dövlət ittihamçısı təyin edilib.

İnsidentin təfərrüatı araşdırılır.

Qeyd edək ki, partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər xəsarət alıb.

Paylaş: